Britaniya Kolumbiyasında meşə yanğınları davam edir
Kanadanın qərbində yerləşən Britaniya Kolumbiyası əyalətində genişmiqyaslı meşə yanğını davam edir və bir neçə ev yanğın nəticəsində məhv olub.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Məlumata görə, ərazidə başlayan meşə yanğını geniş sahəyə yayılıb. Yanğın nəticəsində bir neçə ev alovların içində qalaraq tamamilə məhv olub.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
10:28 09.08.2026
Oxunuş sayı: 41