General-leytenant vəzifəsindən azad edildi
ABŞ Müdafiə Nazirliyi ABŞ Ordusunun V Korpusunun komandanı general-leytenant Çarlz Kostanzanı vəzifəsindən azad edib.
Crossmedia.az xəbər verir ki, "ABC News" bu barədə məlumat yayıb.
V Korpusunun məsuliyyət dairəsinə Avropada hərbi əməliyyatların təşkili və NATO-nun şərq cinahında ABŞ hərbi mövcudluğunun təmin edilməsi daxildir.
Ukraynadakı müharibə fonunda korpusun əhəmiyyəti artıb. V Korpusu Ukraynaya göstərilən hərbi yardımın koordinasiyasında da iştirak edir.
10:22 08.08.2026
Oxunuş sayı: 49