Quterreş həm Rusiyanı, həm Ukraynanı qınadı
BMT-nin Baş katibi Antonio Quterreş Rusiyanın Kiyevə və digər Ukrayna şəhərlərinə endirdiyi son kütləvi zərbələri pisləməklə yanaşı, Ukraynanın Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə hücumlarını da qınayıb.
Crossmedia.az xəbər verir ki, BMT bu barədə məlumat yayıb.
Quterreş bəyanatında münaqişənin Rusiya ərazisində də genişlənməsindən ciddi narahatlığını ifadə edib və Ukraynanın Rusiyanın bir neçə bölgəsinə PUA hücumlarını müharibənin eskalasiyası kimi qiymətləndirib.
BMT Baş katibi sonda tərəfləri atəşkəsə və "ədalətli sülh"ə çağırıb.
11:36 07.08.2026
Oxunuş sayı: 65