5 avqust üçün sevgi ulduz falı açıqlandı
Münasibətlərdə romantika, qarşılıqlı anlaşma və etimadın ön plana çıxacağı 5 avqust üçün sevgi ulduz falı açıqlanıb.
Crossmedia.az xəbər verir ki, "ТСН" bu barədə məlumat yayıb.
Proqnoza əsasən, Qoç bürcü nümayəndələri partnyorlarının qısqanclığı ilə üzləşə bilər və münasibətdə hisslərini açıq ifadə etmələri tövsiyə olunur. Buğa bürcü üçün gün romantik görüş və münasibətlərin möhkəmlənməsi baxımından əlverişli hesab edilir.
Əkizlər bürcü əlaqələrdə monotonluq hiss edə bilər. Onlara münasibətlərinə yenilik qatmaq məsləhət görülür. Xərçəng bürcü nümayəndələrinin isə sevdikləri şəxsdən xoş sürpriz alacağı, bunun qarşılığında diqqət və qayğı göstərmələrinin vacibliyi vurğulanır.
Şirlərə tərəfdaşlarının birlikdə daha çox vaxt keçirmək istəyinə müsbət yanaşmaq tövsiyə edilir. Qız bürcü nümayəndələri isə mümkün fikir ayrılıqlarını kompromis yolu ilə həll etməlidirlər.
Tərəzilər üçün romantik gəzinti ehtimalı yüksək qiymətləndirilir. Əqrəblər partnyorları ilə bağlı gizli bir məqam öyrənə bilər və bu vəziyyətə anlayışla yanaşmaları tövsiyə olunur.
Oxatan bürcü üçün birlikdə səyahət və ya şəhərdən kənara qısa səfər münasibətlərə müsbət təsir göstərə bilər. Oğlaqlar tərəfdaşlarının onlardan uzaqlaşdığını hiss edərlərsə, açıq söhbət etməlidirlər.
Dolçalar üçün anlaşılmazlıqların yarana biləcəyi bildirilsə də, öz prinsiplərindən vaz keçmədən ortaq məxrəcə gəlmələri məsləhət görülür. Balıqlar isə sevdikləri insanın birlikdə yeni fəaliyyətə başlamaq təklifini qəbul etsələr, münasibətlərində yeni mərhələnin əsasını qoya bilərlər.
10:15 05.08.2026
Oxunuş sayı: 61