Pekin Tokioya etiraz notası verdi
Çin Müdafiə Nazirliyi Yaponiyanın dərc etdiyi növbəti "Müdafiə Ağ Kitabı" ilə bağlı etirazını bildirib.
Crossmedia.az xəbər verir ki, Çin Müdafiə Nazirliyi bu barədə WeChat hesabında məlumat yayıb. Nazirliyin rəsmi nümayəndəsi Çen Si bildirib ki, sənəddə "Çin təhlükəsi" mövzusu qəsdən şişirdilir və regiondakı təhlükəsizlik vəziyyəti təhrif olunur.
Onun sözlərinə görə, Tokio bu ritorikadan öz hərbi potensialının genişləndirilməsi üçün əsas kimi istifadə edir.
18:45 04.08.2026
Oxunuş sayı: 52