ABŞ və İsrail İrana yeni zərbələrə hazırlaşır
ABŞ və İsrail İranda enerji infrastrukturuna qarşı son illərin ən genişmiqyaslı hava əməliyyatlarından birini hazırlayır.
Crossmedia.az xəbər verir ki, CBS News bu barədə məlumat yayıb.
Məlumata görə, zərbələrin həftəsonu başlanması ehtimal edilir. ABŞ rəsmiləri əməliyyatın bazar ertəsi maliyyə bazarları açılana qədər başa çatdırılması variantını da müzakirə ediblər. Buna səbəb mümkün hücumların ABŞ və qlobal iqtisadiyyata təsiri ilə bağlı narahatlıqlardır. Lakin əməliyyatın yekun vaxtı hələ müəyyənləşdirilməyib.
Amerikalı mənbələrin bildirdiyinə görə, İsrail plan barədə məlumatlandırılıb və Vaşinqtonla koordinasiyalı fəaliyyət göstərir.
Mənbələrdən birinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp hələlik zərbələrin endirilməsi ilə bağlı yekun qərar verməyib.
09:24 01.08.2026
Oxunuş sayı: 64