Tramp İrana yeni zərbə planını təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni zərbələr planını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, "The Wall Street Journal" bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, diplomatik cəbhədə hər hansı irəliləyiş əldə olunarsa, Tramp planlaşdırılan zərbələri dayandıraraq danışıqlara qayıda bilər. Mənbələr həmçinin bildiriblər ki, ABŞ prezidenti istənilən vaxt bu qərarını dəyişə də bilər.
Bu arada, İranda ABŞ və İsrailin mümkün hücumlarına cavab olaraq genişmiqyaslı plan hazırlandığı açıqlanıb.
İranın yüksəkvəzifəli rəsmisinin Tasnim agentliyinə verdiyi məlumata görə, cavab planına İsrailin kritik infrastrukturu ilə yanaşı, ABŞ-ın regiondakı enerji obyektlərinə zərbələr də daxildir.
09:13 01.08.2026
Oxunuş sayı: 70