Tramp: İran çox ağır vəziyyətdədir
ABŞ Prezidenti Donald Tramp İranın hazırda çox ağır vəziyyətdə olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, İranın hələ müəyyən sayda raketi qalıb, lakin onların sayı 4-5 ay əvvəlkindən xeyli azdır. O qeyd edib ki, İranın raket istehsalı imkanları demək olar ki, tükənib, pilotsuz uçuş aparatları sahəsindəki imkanları isə böyük ölçüdə itirilib.
Tramp bununla yanaşı, İranın hələ də müəyyən imkanlara malik olduğunu vurğulayıb.
20:46 31.07.2026
Oxunuş sayı: 52