Rusiya boksçuları yenidən bayraq və himnlə yarışacaq
Beynəlxalq Boks Federasiyası (World Boxing) Rusiyaya qarşı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib.
Crossmedia.az xəbər verir ki, UNIAN bu barədə məlumat yayıb.
Qərara əsasən, Rusiya boksçuları artıq World Boxing-ın himayəsi altında keçirilən bütün yarışlarda milli bayraq, himn və digər dövlət rəmzləri ilə çıxış edə biləcəklər. Bu qərar bütün yaş kateqoriyalarına şamil olunur.
Federasiyanın bəyanatında bildirilib ki, İcraiyyə Komitəsi Rusiya idmançılarının bundan sonra digər milli federasiyaların boksçuları ilə eyni şərtlərlə yarışlarda iştirak etməsinə razılıq verib.
Bununla yanaşı, World Boxing antidopinq qaydalarına nəzarətin və beynəlxalq turnirlər zamanı Rusiya nümayəndə heyətlərinin davranışına monitorinqin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, indiyədək Rusiya və Belarus idmançıları World Boxing yarışlarına yalnız neytral statusda buraxılırdılar.
16:36 31.07.2026
Oxunuş sayı: 58