ABŞ-dən Rusiyaya yeni sansksiya zərbəsi: Daha 5 şirkət hədəfdə
ABŞ Rusiyanın ˝Mahan Air˝ İran aviaşirkəti ilə əlaqəli olduğu iddia edilən bir şirkətə və daha dörd hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər Moskvada yerləşən ˝Air Cargo Pro˝ nəqliyyat şirkətinə, həmçinin Çin, İran və Hindistanda qeydiyyatdan keçmiş daha dörd şirkətə şamil olunub.
22:00 30.07.2026
Oxunuş sayı: 46