Seuta miqrant axını səbəbilə fövqəladə vəziyyət elan edib
İspaniyanın Şimali Afrikadakı Seuta anklavında qeyri-qanuni miqrantların kəskin artması səbəbilə fövqəladə miqrasiya vəziyyəti elan edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Mərakeş və Əlcəzairdən olan yüzlərlə miqrant sərhəd hasarını keçib. Son günlər Mərakeşdən dəniz yolu ilə Seutaya 1,5 mindən çox miqrant gəlib. Onların arasında böyüklərlə yanaşı, yetkinlik yaşına çatmayanlar da var.
20:56 30.07.2026
Oxunuş sayı: 38