Tramp: Onları tamamilə darmadağın edəcəyik
ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən Amerika qüvvələrinə qarşı hücumdan sonra İrana sərt cavab veriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Tramp “Fox News”a açıqlamasında İranla bağlı “Onları tamamilə darmadağın edəcəyik” deyib.
O, həmçinin bütün gücümüzlə zərbə endirəcəyik, layiqli cavablarını alacaqlar ifadəsini işlədib.
Bildirilib ki, ABŞ İranın hücum kimi qiymətləndirilən addımına cavab verməyə hazırlaşır. Trampın sözlərinə görə, Amerika qüvvələrinin yaxınlaşan İran dronlarını vurmaq üçün cəmi bir neçə dəqiqəsi olub.
20:08 29.07.2026
Oxunuş sayı: 38