Zelenski: İran və Şimali Koreya artıq bizə hücum edib
Ukrayna Prezidenti Volodimir Zelenski yeni cəbhələrin açılmaması üçün bütün imkanlardan istifadə edilməli olduğunu, lakin İran və Şimali Koreyanın artıq Ukraynaya qarşı addımlar atdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.
Ukrayna lideri qeyd edib ki, Kiyev mümkün ssenarilərə hazır olmalıdır və bu ölkələrdən gələcək hərbi dəstək ehtimalını nəzərə alır.
"Biz heç bir yeni cəbhə açmamaq üçün mümkün olan hər şeyi etməliyik. Amma dürüst olmalıyıq: iranlılar və şimali koreyalılar artıq bizə hücum ediblər", – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna İran və Şimali Koreyanın gələcək addımlarına etibar edə bilməz.
"Ümid edirəm ki, onlar bu hücumları gücləndirməyəcəklər, amma biz hər şeyə hazırlaşmalıyıq. Biz bu insanlara etibar edə bilmərik, çünki hələ müharibənin əvvəlində, bizim tərəfimizdən heç bir eskalasiya olmadan iranlılar Rusiyaya silah verdilər", – deyə Ukrayna Prezidenti vurğulayıb.
Qeyd edək ki, Zelenskinin "Sky News" telekanalına müsahibəsi onun ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində yayımlanıb. Səfər çərçivəsində Ukrayna liderinin ABŞ Prezidenti Donald Tramp ilə görüş keçirəcəyi və bir sıra tədbirlərdə iştirak edəcəyi bildirilir.
13:07 27.07.2026
Oxunuş sayı: 50