Kim Çen Inın bacısı: Şimali Koreyanın nüvə arsenalı fasiləsiz yenilənəcək
Şimali Koreya nüvə arsenalının daim yenilənəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Kim Yo Conq bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın məsuliyyətli nüvə dövləti statusu və bunun geosiyasi təhlükəsizliyin təmin edilməsində rolu qəti və geri dönməz xarakter daşıyır.
"Kim nə deyirsə-desin, KXDR-in məsuliyyətli nüvə dövləti kimi statusu və əhəmiyyəti qəti və dəyişməzdir. Bu status Koreya yarımadasında və onun hüdudlarından kənarda qüvvələr balansını təmin edir, geosiyasi təhlükəsizliyə zəmanət verir. Şimali Koreyanın nüvə gücü heç bir fasilə olmadan daim yenilənəcək", – deyə Kim Yo Conq vurğulayıb.
11:58 27.07.2026
Oxunuş sayı: 68