Biləsuvar və Masallıda qaz olmayacaq
İyulun 10-da Biləsuvar və Masallı rayonlarının bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilə yaranacaq.
Crossmedia.az-ın məlumatına görə, buna səbəb təmir-bərpa və payız-qış mövsümünə hazırlıq işləridir.
Belə ki, sabah 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun Ovçubərə, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Dərvişli, Aşağı Cürəli, Əsgərəbad və Masallı rayonunun Bədalan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
14:14 09.07.2026
Oxunuş sayı: 79