Dənizkənarı Milli Parkda bayram sevinci
Bakı, bu il də Yeni il ərəfəsində xüsusi bayram abu-havasına bürünüb. Şəhərin ən diqqət çəkən məkanlarından biri Dənizkənarı Milli Parkdır.
Burada uşaqlar üçün maraqlı əyləncə zonaları və foto çəkmək üçün xüsusi guşələr yaradılıb. Uşaqların üzündəki təbəssüm və valideynlərin məmnunluğu isə bayramın sevincini hər kəsə hiss etdirir.
Parkdakı müxtəlif stendlər şəhər sakinlərinin vaxtını daha maraqlı və yaddaqalan edir. Paytaxt sakinləri ailələri ilə birlikdə Dənizkənarı Milli Parka toplaşaraq Yeni ilin gəlişini qeyd edir və bayram əhval-ruhiyyəsini paylaşırlar.
Yeni il abu-havası, həmçinin Bakıya gələn turistlərin də xüsusi marağına səbəb olub. Onlar paytaxtın rəngarəng bəzəkləri və festivalları ilə bayramın coşqusunu hiss edirlər. Yerli və dünya mətbəxinin ləzzətlərini dadaraq bayram sevincini artıran turistlər, bu möhtəşəm abu-havanı daha da zənginləşdirirlər.
Şəhərdə işıqlandırma sistemləri və əyləncəli qurğuların quraşdırılması isə bayram atmosferini daha da canlandırır. Uşaqlar üçün təşkil olunan müxtəlif oyunlar isə bayram sevincini artırmağa xidmət edir. Bu xüsusi bəzək dizaynları, Dənizkənarı Milli Parkı və paytaxtın digər ərazilərini bayram möcüzəsinə çevirərək hər kəsi Yeni il ruhuna bürüyüb. Bakıdakı bu bayram atmosferi, Yeni il sevinci hər kəsə ən gözəl anları yaşadır.
Qeyd edək ki, şəhərin bu və digər yerlərində bayramla bağlı hazırlıq tədbirlərinin bir hissəsi hələ də davam edir.
Aytac Bəhruzqızı
12:04 22.12.2024
Oxunuş sayı: 4674