Türkiyə F-35-lər üçün S-400-ləri satmağı nəzərdən keçirir
Türkiyə ABŞ-nin F-35 qırıcıları proqramına qayıtmaq məqsədilə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq variantını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Euractiv regional kəşfiyyat mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, S-400 sistemlərinin mümkün alıcısı Cənubi Koreya ola bilər.
Nəşr bildirir ki, Ankara S-400-lərdən imtina etmədən F-35 proqramına qayıda bilməz. Eyni zamanda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Türkiyənin yeni KAAN qırıcısı üçün 613 milyon avro dəyərində Amerika istehsalı mühərriklərinin satışını təsdiqləmək niyyətində olduğunu Konqresə bildirib. Mənbənin sözlərinə görə, bu razılaşmanın təsdiqlənəcəyi gözlənilir.
16:50 30.06.2026
Oxunuş sayı: 45