Zaporojye vilayətinin böyük hissəsində elektrik enerjisi kəsilib
Zaporojye vilayətinin əhəmiyyətli hissəsində qəza səbəbindən elektrik enerjisinin verilişi dayandırılıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbəri Yevgeni Balitski məlumat verib.
Onun sözlərinə görə, qəza xarakterli elektrik kəsintiləri Zaporojye vilayətinin böyük hissəsini əhatə edib. Hadisənin səbəbi və enerjinin nə vaxt bərpa olunacağı barədə əlavə məlumat verilməyib.
08:00 29.06.2026
Oxunuş sayı: 45