ABŞ-dən İsrailə sərt xəbərdarlıq: Xüsusi müttəfiq dövrü bitdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin bundan sonra Vaşinqton tərəfindən xüsusi müttəfiq kimi qəbul olunacağına əvvəlki kimi arxayın ola bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Politico˝ nəşri məlumat yayıb.
Məlumata görə, açıqlama İsrail tərəfinin ABŞ–İran sülh sazişini tənqid etməsinə cavab olaraq səsləndirilib. Vens həmçinin qeyd edib ki, İsrail hazırda beynəlxalq təcrid vəziyyətindədir və ona qarşı simpatiya göstərən yeganə dünya lideri Donald Trampdır.
14:03 28.06.2026
Oxunuş sayı: 62