Əsrin arxeoloji kəşfi: Stounhencdən də qədim abidə
Arxeoloqlar İngiltərədə məşhur Stounhenc abidəsindən cəmi 5 kilometr aralıda ona bənzər, lakin daha qədim və sadə bir quruluş aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, təxminən 5 min il yaşı olan bu tikili Stounhencdən təxminən 500 il daha qədim hesab edilir. Qədim abidədən hazırda yalnız bir-birindən 120 metr məsafədə yerləşən iki böyük çuxur qalıb. Alimlər bildirirlər ki, burada vaxtilə yay gündönümündə Günəşin doğuşu və qış gündönümündə Günəşin batışı ilə eyni xətt üzərində yerləşən nəhəng taxta dirəklər olub.
Qazıntılar zamanı zərif saxsı qab parçaları, çaxmaqdaşı alətlər və heyvan sümükləri də aşkarlanıb. Tapıntılar göstərir ki, ərazi qədim əkinçi icmaların fəsillərin dəyişməsini qeyd etmək üçün toplaşdığı mərasim məkanı olub.
Tədqiqat rəhbərinin sözlərinə görə, bu kəşf erkən insan icmalarının həyat tərzi və səma hadisələrinə münasibəti barədə mühüm məlumatlar əldə etməyə imkan yaradır.
01:25 27.06.2026
Oxunuş sayı: 71