Köçəryan Paşinyan hakimiyyətini qumar oynamaqda ittiham edib
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvanda keçirilən Avropa liderlərinin sammitini və Ukrayna lideri Volodimir Zelenskinin iştirakını qumar adlandırıb.
Crossmedia.az "Sputnik Armenia"-ya istinadən xəbər verir.
"Hakimiyyət Dağlıq Qarabağın(Red:artıq belə inzibati vahidi yoxdur.) itirilməsindən məmnun deyildi və indi ölkəni yeni bir qumara sürükləmək qərarına gəliblər", - ikinci prezident Üçmiədzində Ermənistan blokunun seçkiqabağı mitinqində bildirib.
O, bu hadisələr zamanı verilən açıqlamaları təxribat adlandırıb.
Köçəryan iddia edib ki, bu cür təxribatların səbəbi avropalıların dəstəyini təmin etməkdir ki, onlar ölkədə baş verənlərə göz yumsunlar.
Siyasətçi həmçinin iqtidarın müxalifət hakimiyyətə gələrsə, payızın əvvəlində Azərbaycanla yeni müharibə olacağı barədə açıqlamalarına da toxunub. Blok lideri bunu gündəmin olmamasının əlaməti hesab edir.
Köçəryan iddia edir ki, hakimiyyətin seçicilərə deyəcək sözü yoxdur; onlar heç bir vədi yerinə yetirməyiblər və indi müxalifətin qələbəsinin qarşısını almaq üçün xalqı müharibə ilə qorxutmaqdan başqa çarəsi yoxdur.
19:48 08.05.2026
Oxunuş sayı: 55