Karapetyan "son kartlarını oynayır?"
Əgər Ermənistan baş naziri Nikol Paşinyan yenidən baş nazir seçilərsə, ölkə Azərbaycanın bir əyalətinə çevriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Güclü Ermənistan" partiyasının baş nazirliyə namizədi Samvel Karapetyan Ermənistanı Rusiyanın bir əyalətinə çevirmək niyyətində olub-olmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Biz Ermənistanı ən inkişaf etmiş, aktiv, gözəl və zəngin ölkəyə çevirəcəyik. Qalanı isə onlardan, yəni hakimiyyətdən asılıdır. Paşinyan yenidən seçilən kimi biz Rusiyanın deyil, Azərbaycanın bir əyalətinə çevriləcəyik. Paşinyan indi Azərbaycanın qubernatoru kimi fəaliyyət göstərir”, - deyə Karapetyan bildirib.
21:37 07.05.2026
Oxunuş sayı: 54