Çox axtarılan bu preparat Ukraynada satışa çıxarılacaq
"Ozempic" may ayının sonuna qədər Ukrayna apteklərində rəsmi olaraq satışa çıxarıla bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Dietoloqlar Assosiasiyasının prezidenti Oleq Şvetsin deyib.
Onun sözlərinə görə, "Novo Nordisk" dərmanı mayın 15-də Ukraynada rəsmi olaraq satışa çıxarmağı planlaşdırır. "Ozempic" özü ayın sonuna qədər apteklərə gələ bilər.
Şvets, həmçinin bildirib ki, semaglutidin Ukrayna generik versiyası (eyni aktiv tərkib hissəsi olan orijinal dərmanın analoqu) yaxın aylarda Ukraynada da satışa çıxarıla bilər.
O, inanır ki, bu, dərmanın qiymətini potensial olaraq azaldacaq və onu daha əlçatan edəcək.
Qeyd edək ki, bu preparat əsasən 2-ci tip şəkərli diabetin müalicəsi üçün istifadə olunan, həftədə bir dəfə dəri altına inyeksiya edilən qlükaqona bənzər peptid-1 (GLP-1) reseptor aqonistidir. İştahı azaldaraq və toxluq hissini uzadaraq çəki itkisinə kömək edir, lakin yalnız həkim təyinatı ilə, ciddi metabolik göstərişlər olduqda istifadə edilməlidir.
02:35 08.05.2026
Oxunuş sayı: 72