Makron: Ermənistan artıq Rusiyanın peyki kimi qəbul edilmir
Fransa prezidenti Emmanuel Makron Ermənistanla bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, səkkiz il əvvəl Ermənistan bu qədər xarici qonaq və turist cəlb etmirdi və hazırkı dəyişikliklər ölkəyə marağın artdığını göstərir.
Makronun sözlərinə görə, beynəlxalq danışıqların bir çox iştirakçıları əvvəllər Ermənistanı faktiki olaraq Rusiyanın “peyki” kimi qəbul edirdilər. O qeyd edib ki, hazırda bu yanaşma dəyişməkdədir.
Fransa prezidenti həmçinin vurğulayıb ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkənin Moskva asılılığını azaltmağa və riskləri minimuma endirməyə çalışır.
13:50 04.05.2026
Oxunuş sayı: 50