Kaya Kallas Azərbaycana səfər edəcək
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək.
Crossmedia.az bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) istinadən xəbər verir.
Məlumata görə, o mayın 5-də Azərbaycana gələcək.
Səfər çərçivəsində K.Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, o cümlədən bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.
Digər təfərrüatlar açıqlanmayıb. (Report)
11:54 04.05.2026
Oxunuş sayı: 52