Nazir müavini Vorvik Universitetinin dekan müavini ilə görüşüb
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Vorvik Universitetinin beynəlxalq əlaqələr üzrə dekan müavini Robin Clark ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Görüş çərçivəsində iki qurum arasında ali təhsil sahəsində mövcud əməkdaşlıq, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universiteti arasında həyata keçirilən “Bərpa olunan enerji mənbələri” ikili magistr proqramı müzakirə olunub, bu istiqamətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
17:10 01.05.2026
Oxunuş sayı: 27