Ermənistandan Azərbaycana bu məhsullar ixrac oluna bilər
Ermənistan Azərbaycanla təmaslarında vaxtaşırı birtərəfli asılılığın qarşısını almaq üçün iqtisadi əlaqələrin balanslaşdırılması məsələsini qaldırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Orbeli Mərkəzinin analitiki Armen Petrosyan "Sputnik Armenia"-ya verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Azərbaycan Baş nazirinin müavininin nümayəndə heyətinin Ermənistana səfərinə ikitərəfli iqtisadi əməkdaşlığın qurulması kontekstində baxılmalıdır.
Qəbələdə Azərbaycanlı həmkarları ilə görüşdə iştirak edən Petrosyan bildirib ki, səfərin mümkünlüyü iki həftə əvvəl gündəmdə idi.
Onun sözlərinə görə, görüş zamanı işgüzar dairələr Azərbaycana mümkün şəkər və alüminium folqa tədarükü məsələlərini müzakirə ediblər.
23:27 29.04.2026
Oxunuş sayı: 54