Putin-Tramp danışığının yeni detalları məlum olub- Yenilənib
Rusiya prezidenti Vladimir Putin və həmkarı Donald Tramp arasında 90 dəqiqədən çox davam edən telefon danışığı baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Söhbətin sonunda liderlər təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
ABŞ prezidenti danışığı çox yaxşı adlandıraraq Ukrayna münaqişəsinin qısa müddətdə sülh yolu ilə həllinə ümid etdiyini bildirib.
Tramp əlavə edib ki, Ukrayna böhranına nisbətən tezliklə həll tapılacağına inanır.
Putinin uzun müddətdir razılaşmaya hazır olduğunu, lakin bu prosesin “müəyyən şəxslər” tərəfindən əngəlləndiyini iddia edib.
O, həmçinin qeyd edib ki, ABŞ və Avropa ölkələri arasında Ukrayna məsələsi ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
22:20
Rusiya prezidenti Vladimir Putin və həmkarı Donald Tramp arasında 90 dəqiqədən çox davam edən telefon danışığı baş tutub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Danışıq zamanı Putin Qələbə Günü münasibətilə atəşkəs elan etməyə hazır olduğunu bildirib və Tramp bu təşəbbüsü dəstəkləyib.
Tramp öz növbəsində Ukraynadakı münaqişənin həlli üçün razılaşmanın yaxınlaşdığını qeyd edib.
Putin isə bildirib ki, 2025-ci ilin əvvəlindən etibarən Rusiya Ukraynaya 20 mindən çox cəsəd təhvil verib, qarşı tərəfdən isə bir qədər çox cəsəd alınıb.
Rusiya prezidenti vurğulayıb ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün Ukrayna prezidenti Volodimir Zelenski əvvəllər təqdim olunan təkliflərə müsbət cavab verməlidir.
Putin həmçinin Trampa xüsusi hərbi əməliyyat zonasında vəziyyət barədə məlumat verərək, Rusiya qoşunlarının irəlilədiyini bildirib və məqsədlərə nail olunacağını qeyd edib.
Söhbətin səmimi və işgüzar keçdiyi vurğulanıb. Bundan əlavə, Putin Trampa qarşı törədilmiş sui-qəsd cəhdi ilə bağlı dəstəyini ifadə edib və bu hadisəni qətiyyətlə pisləyib.
Tərəflər, həmçinin Kiyevin mövqeyini və münaqişənin uzanmasına təsir edən amilləri müzakirə ediblər.
22:55 29.04.2026
Oxunuş sayı: 63