Macarıstanda mümkün yeni nazirlərin adı açıqlanıb
Macarıstan parlament seçkilərinə qalib gələn "Tisza" partiyasının lideri Peter Maqyar Anita Orbanı xarici işlər naziri təyin etmək niyyətindədir.
Crossmedia.az bu barədə Macarıstan mediasına istinadən xəbər verir.
Məlumata görə, Maqyar mətbuat konfransında gələcək hökumətdə bir neçə əsas vəzifə ilə bağlı qərarların artıq verildiyini açıqlayıb.
Andraş Karman maliyyə naziri, İştvan Kapitanı iqtisadiyyat və energetika naziri, Zolt Hegedus isə səhiyyə naziri olacaq.
Romul Rusin-Szendi müdafiə naziri, Laslo Qaydoş ətraf mühit naziri, Şabolç Bona isə kənd təsərrüfatı və ərzaq iqtisadiyyatı nazirliyinə rəhbərlik edəcək.
19:42 20.04.2026
Oxunuş sayı: 62