Zaxarova Qərbin Cənubi Qafqazla bağlı planlarından danışıb
Qərb ölkələri Ukraynanın qara torpağını və Rusiya neftini ələ keçirmək, eləcə də dünyanı öz maraqlarına uyğun şəkildə bölmək planlarından əl çəkməyiblər.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində deyib:
"Onlar Ukrayna qara torpağına, Rusiya neftinə və qazına əl atmaq, heç olmasa onları idarə etmək və ya Orta Asiya, Cənubi Qafqaz və sair kimi sərvətlər üzərində təsirlərini genişləndirmək fikrindən əl çəkmək istəmirlər".
Onun sözlərinə görə, söhbət revanşizmdən gedir: "Bu, onların indi dünyanın məhz bu bölünməsində, dünya sərvətlərinin özləri üçün yenidən çəkilməsində qələbə qazanmalarına imkan verəcək həmin qisası almaq istədiklərini göstərir. Bu, planetə qarşı müstəmləkəçi, imperialist münasibətin qlobal strategiyası haqqındadır. Onlar tez-tez, hətta açıq şəkildə, indi mənimki mənimdir, səninki də mənim olmalıdır ifadəsindən istifadə edirlər. Vəssalam".
21:00 18.04.2026
Oxunuş sayı: 48