ABŞ- Çin müharibəsi başlayır? - Türkiyəli politoloq açıqladı
ABŞ kəşfiyyatı məlumatına görə, Çin yaxın bir neçə həftə ərzində İrana yeni hava hücumundan müdafiə (HHM) sistemləri tədarük etməyə hazırlaşır.
Bildirilib ki, Pekin HHM təchizatını mənşəyini gizlətmək üçün üçüncü ölkələr vasitəsilə yönləndirməyə çalışır.
Bununla yanaşı qeyd olunub ki, söhbət MANPADS kimi hava hücumundan müdafiə raket kompleksləri tədarükündən gedə bilər.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ və İran arasında danışıqlar aprelin 11-də Pakistanda keçiriləcək.
Bəzi ekspertlərin fikrincə, baş verənlər ABŞ ilə Çin arasında gərginliyin gələcəkdə özünü hərbi müstəvidə də göstərməsi iəl nəticələnə bilər.

Türkiyəli politoloq Hüseyn Şeyhanlıoğlu bu barədə Crossmedia.az-a danışıb: "ABŞ İranı vuranda əslində həm də Çinin enerji mənbələrini zəiflətdi. Bunu Venesuelada da, Tayvanda da etmişdi. Çinin hansı silahlara malik olduğunu bilirik. Pekin dəstəyi ABŞ- İran müharibəsində öz rolunu oynadı. ABŞ-nin Çinin qarşısına qoyacağı silah varmı? Əgər ABŞ-nin Çinə qarşı tətbiq edəcəyi xüsusi silahı yoxdursa, deməli, fövqəl statusunu itirəcək. O baxımdan həlledici məsələ Bəndar- Abbas limanə və Hörmüz boğazı ilə bağlıdır".
19:57 18.04.2026
Oxunuş sayı: 98