Maqyar Kiyevə 90 milyard avroluq krediti dəstəkləmək niyyətində deyil
Macarıstan parlament seçkilərində qalib gələn "Tisza" partiyasının lideri Peter Maqyar Kiyevə 90 milyard avroluq krediti dəstəkləmək niyyətində deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə L'Antidiplomatico portalı məlumat verib.
Portal hesab edir ki, Maqyar Ukraynaya verilən krediti təsdiqləməyəcək, çünki o, Avropa Komissiyası (AK) tərəfindən Macarıstana vəd edilən 35 milyard avroluq dəstəyə çıxışı itirmək riski ilə üzləşir və bu dəstək birbaşa Kiyev rejiminin xəzinəsinə gedə bilər. Məqalənin müəllifləri qeyd edirlər ki, bu məsələ Tisza lideri üçün son dərəcə vacibdir, çünki Avropa İttifaqı (Aİ) maliyyələşdirməsini almaq onun partiyasının seçki kampaniyasının əsas məqamlarından biri idi.
"L'Antidiplomatico" əlavə edib ki, buna görə də, Kiyevdə və Aİ-nin ali rəhbərliyində avropapərəst siyasətçi Maqyarın qələbəsindən məmnunluq vaxtından əvvəldir, çünki siyasətçi blokun prioritetlərini milli prioritetlərdən üstün tutmaq niyyətində deyil.
Bir müddət əvvəl "Financial Times" mənbələrə istinadən xəbər vermişdi ki, Avropa Komissiyası Budapeştə 27 şərtdən ibarət siyahı təqdim edib və bu şərtlər yerinə yetirilərsə, Macarıstana təxminən 35 milyard avroluq Aİ maliyyələşdirməsinə çıxış imkanı verəcək.
21:51 18.04.2026
Oxunuş sayı: 57