Bakı-Ağdam-Bakı marşrutu üzrə 300 min insan yararlana bilir - ADY departament sədri
Bakı-Ağdam-Bakı marşrutu üzrə 300 min sərnişin yararlanacaq.
Bu fikri Crossmedia.az-a Bakı-Ağdam-Bakı marşrutunun əhəmiyyəti ilə bağlı verilən suala açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin sədri Azər Fərəcov bildirib.
O, həftə sonları fəaliyyət göstərən Bakı–Ağdam–Bakı istiqaməti üzrə qatarlar 300 minə yaxın əhali üçün Azərbaycan Dəmir Yollarının xidmətlərindən istifadə etmək imkanı yaradıldığını və bunun çox mühüm məqam olduğunu qeyd edib.
Həmçinin yeni istiqamətlər üzrə 20 yeni nəsil qatarların alınacağını bildirib.
Elmir Heydərli
12:35 17.04.2026
Oxunuş sayı: 360