ABŞ hərtərəfli razılaşma üçün ilkin razılıq axtarır
ABŞ və İran arasında aparılan danışıqlarla bağlı yeni detallar açıqlanıb.
Crossmedia.az bu barədə "ABC" telekanalına istinadən xəbər verir ki, Vaşinqton tərəfi genişmiqyaslı razılaşmanın əsasını təşkil edəcək ilkin fikir birliyinə nail olmağa çalışır.
ABŞ rəsmiləri bildiriblər ki, tərəflər arasında ilk raund danışıqlar başa çatdıqdan sonra əlaqələr sabit şəkildə davam edir.
Məlumata əsasən, Vaşinqton növbəti görüşlər zamanı yekun razılaşmaya zəmin yarada biləcək ilkin razılaşmanın formalaşdırılmasını hədəfləyir.
Danışıqların detalları açıqlanmasa da, prosesin davamlı xarakter aldığı vurğulanır.
09:19 16.04.2026
Oxunuş sayı: 46