Zelenski müharibə dövründə ilk dəfə olaraq bunu bacardıqlarını açıqlayıb
Müharibə zamanı ilk dəfə olaraq düşmən mövqeyi heç bir piyada qüvvə cəlb edilmədən ələ keçirilib.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, əməliyyat tam şəkildə yerüstü robot sistemləri və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Zelenski qeyd edib ki, bu yanaşma ən təhlükəli zonalara insan əvəzinə texnologiyanın göndərilməsinə imkan verir və itkilərin qarşısını almağa xidmət edir.
23:50 14.04.2026
Oxunuş sayı: 51