KİV: Vaşinqton gec-tez Tehranın şərtlərini qəbul etməlidir
ABŞ ilə İran arasında danışıqlarda əsas maneə Vaşinqtonun mövcud vəziyyəti məğlubiyyət kimi qəbul etmək istəməməsidir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Nəşrə görə, ABŞ prezidenti Donald Tramp qələbə elan etsə də, müharibənin nəticələri bütün cəbhələrdə uğursuzluq kimi qiymətləndirilir.
Məqalədə qeyd olunub ki, bu səbəbdən amerikalıların sülh sazişi əldə etmək motivasiyası zəifdir və onların danışıqlar mövqeyi də kifayət qədər güclü deyil.
Eyni zamanda vurğulanır ki, sülh sazişi kompromis və qarşılıqlı güzəştlər tələb edir. Lakin ABŞ rəhbərliyi baş verənləri məğlubiyyət kimi qəbul etməkdə çətinlik çəkir.
Qəzet hesab edir ki, Vaşinqton gec-tez ya Tehran tərəfindən irəli sürülən şərtlərlə razılaşmalı, ya da regiondakı iştirakını azaltmalı olacaq.
23:18 14.04.2026
Oxunuş sayı: 48