Yaxın Şərqdə müharibə nəticəsində 80-dən çox enerji obyektinin zədələnib
Yaxın Şərqdə müharibə nəticəsində 80-dən çox enerji obyektinin zədələnib. Onlardan üçdə birindən çoxu isə ciddi şəkildə məhv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, zərər neft yataqları, neft emalı zavodları və enerji terminallarını əhatə edir və təsirin miqyası olduqca genişdir.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol qeyd edib ki, müharibə dərhal başa çatsa belə, enerji təchizatının normal səviyyəyə qayıtması iki ilə qədər vaxt apara bilər.
Birol mövcud vəziyyəti tarixin enerji təhlükəsizliyinə ən böyük təhdidi kimi qiymətləndirib və əlavə edib ki, bu böhran bərpa olunan və nüvə enerjisinə investisiyaların artmasına səbəb ola bilər.
23:42 14.04.2026
Oxunuş sayı: 50