Kiyevdə israilli tarixçinin kitabı dərc olunub
Kiyevdə israilli tarixçi Michael Bar-Zoharın “Dəmir Qılınclar, Yaralı Ürəklər” kitabının təqdimatı keçirilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nəşr oktyabrın 7-i 2023-cü ildə HƏMAS-ın hücumuna cavab olaraq İsrailin həyata keçiridiyi “Dəmir Qılınclar” əməliyyatına həsr olunub.
Təqdimat mərasimində müəlliflə yanaşı, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri və Ukraynanın müdafiə texnologiyaları şirkəti "General Çereşnya" iştirak ediblər.
Kitabda əməliyyatın gedişatı və HƏMAS-ın mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətləri sənədləşdirilir.
Ukrayna Kəşfiyyatı nümayəndəsi Andriy Yusov bildirib ki, bu hadisələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə paralellər təşkil edir.
Qeyd olunub ki, kitabın nəşri “General Çereşnya” şirkətinin həmtəsisçiləri Yaroslav və Stanislav Qrişinin dəstəyi ilə mümkün olub.
00:25 07.04.2026
Oxunuş sayı: 387