Yaponiyada iqtisadi böhran: Tokio birjası kəskin enişlə üzləşib
Yaponiyanın milli valyutası olan yenin ABŞ dolları qarşısında məzənnəsi son dövrlərin ən aşağı həddinə – 160 səviyyəsinə qədər geriləyib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Valyuta bazarındakı bu kəskin ucuzlaşma Tokio fond birjasına da mənfi təsir göstərib və səhm bazarının dəyəri bu gün daha 5% azalaraq 2026-cı ilin ən minimum səviyyəsinə düşüb. "Japan Times" nəşrinin məlumatına görə, investorların artan narahatlığı fonunda Nikkei indeksi ciddi itkilərlə üzləşib. Ekspertlər qeyd edirlər ki, yenin zəifləməsi idxal xərclərini artıraraq ölkə iqtisadiyyatında inflyasiya təzyiqini gücləndirir. Hazırda Yaponiya hökuməti və mərkəzi bankının bazara müdaxilə edib-etməyəcəyi dünya iqtisadi dairələrində maraqla izlənilir.
13:12 31.03.2026
Oxunuş sayı: 66