ABŞ-da benzinin qiyməti son üç ilin rekordunu qırdı
ABŞ-da avtomobil yanacağının orta satış qiyməti son üç ildə ilk dəfə olaraq bir qallon üçün 4 dollar həddini keçib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri yanacağın qiymətində 36 faizlik (təxminən 1.06 dollar) kəskin artım müşahidə olunub. Analitiklər bir qallon üçün 4 dollarlıq qiyməti istehlakçılar üçün "psixoloji baryer" adlandırırlar. Qeyd olunur ki, qlobal enerji bazarlarındakı qeyri-sabitlik və Yaxın Şərqdəki müharibənin tədarük zəncirinə vurduğu ziyan fonunda qiymət artımının davam edəcəyi gözlənilir. Hazırda bir çox ştatlarda, xüsusən Kaliforniyada qiymətlərin artıq 5 dolları keçdiyi bildirilir.
12:36 31.03.2026
Oxunuş sayı: 43