Ağ Evdən rəsmi bəyanat: ABŞ Yəhudi-Xristian dəyərləri üzərində qurulmuş bir dövlətdir
Ağ Evin mətbuat katibi Karolin Livitt ABŞ-ın tarixi kökləri və milli kimliyi ilə bağlı mühüm açıqlama verib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Livitt öz çıxışında Amerika Birləşmiş Ştatlarının təxminən 250 il əvvəl Yəhudi-Xristian dəyərləri üzərində inşa edildiyini vurğulayıb. Sözçü bu təməl prinsiplərin ölkənin idarəetmə sistemində və toplumsal strukturunda hələ də aparıcı rol oynadığını qeyd edib. Bu bəyanat Vaşinqtonun daxili və xarici siyasətində mənəvi-ideoloji xəttin qorunacağına dair bir mesaj kimi qiymətləndirilir. Xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Ağ Ev rəsmisinin bu ifadələri həm ölkə daxilində, həm də beynəlxalq arenada geniş müzakirələrə yol açıb.
12:25 31.03.2026
Oxunuş sayı: 62