Peyk görüntüləri üzə çıxdı: İran nüvə ehtiyatlarını gizli yeraltı tunellərə köçürüb
Beynəlxalq ekspertlərin təhlil etdiyi yeni peyk görüntüləri İranın ötən ilin iyun ayında həyata keçirilən hava zərbələrindən dərhal əvvəl strateji nüvə materiallarını gizlətdiyini ortaya qoyub.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. İyunun 9-na aid görüntülərdə İsfahandakı yeraltı tunel kompleksinin girişində 18 ədəd xüsusi qorunan konteyner daşıyan ağır yük maşınları qeydə alınıb. Mütəxəssislərin rəyinə görə, "Tip B" markalı nüvə daşıma qablarına bənzəyən bu konteynerlərdə İranın 60% zənginləşdirilmiş uran ehtiyatının tamamı – təxminən 540 kq material ola bilər.
Bu fakt təsdiqlənərsə, rəsmi Tehranın İsrail və ABŞ-ın hücumlarından əvvəl Natanz və Fordo obyektlərini tamamilə boşaltdığı məlum olur. Hazırda həmin zənginləşdirilmiş uranın zədələnməmiş gizli yeraltı sığınacaqlarda saxlanıldığı ehtimal edilir ki, bu da beynəlxalq nəzarəti çətinləşdirir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) hələ də materialın dəqiq yerini müəyyən edə bilməyib. Nəzəri hesablamalara görə, İran əlindəki 60%-lik uranı qabaqcıl sentrifuqalar vasitəsilə cəmi 10 gün ərzində silah dərəcəsinə (90%) çatdıra bilər.
12:00 31.03.2026
Oxunuş sayı: 52