ABŞ-dan İranın strateji obyektinə hava zərbəsi: Qeşm adasındakı tunellər hədəf alındı
ABŞ hərbi hava qüvvələri İranın Qeşm adasında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus strateji tunel kompleksinə qarşı xüsusi əməliyyat keçirib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Hava zərbələri nəticəsində hərbi obyektin ətrafında dərin kraterlər və yerüstü tikililərdə müəyyən dağıntılar qeydə alınsa da, ilkin müşahidələr yeraltı sığınacaqların böyük ölçüdə zərər görmədiyini göstərir. Məlumata görə, endirilən zərbələr xüsusi üsulla möhkəmləndirilmiş yeraltı kompleksə nüfuz edə bilməyib və tunellərin daxili strukturuna ciddi xələl gətirməyib. Tunel girişlərinin yaxınlığında güclü partlayış izləri qalsa da, obyektin daxilində saxlanılan hərbi katerlər, raket sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) hələ də döyüş qabiliyyətini qoruduğu ehtimal edilir. Bu hücum bölgədəki hərbi gərginliyi daha da artırsa da, yeraltı infrastrukturun dayanıqlığı strateji obyektlərin məhv edilməsi üçün daha güclü vasitələrə ehtiyac olduğunu üzə çıxarıb.
21:43 20.03.2026
Oxunuş sayı: 59