SEPAH-a qarşı beynəlxalq təzyiq artır
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı tətbiq edilən beynəlxalq sanksiyalar və hüquqi məhdudiyyətlər dalğası yeni ölkələrin qoşulması ilə daha da genişlənib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İslandiya, Moldova, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Lixtenşteyn rəsmən SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarına gəliblər. Bu addım Avropa Birliyinin daha əvvəl qəbul etdiyi analoji qərara dəstək xarakteri daşımaqla yanaşı, Ukrayna və Albaniyanın da bu prosesdə yer alması beynəlxalq koalisiyanın gücləndiyini göstərir. Qəbul edilən qərara əsasən, sözügedən ölkələrdə SEPAH-la əlaqəli bütün aktivlərin dondurulması, maliyyə əməliyyatlarına qadağa qoyulması və təşkilat üzvlərinə qarşı səyahət məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulur. Bu diplomatik və hüquqi gediş İranın regiondakı hərbi-siyasi təsir imkanlarını məhdudlaşdırmağa xidmət edən strateji addım kimi qiymətləndirilir.
21:27 20.03.2026
Oxunuş sayı: 99