Azərbaycanın daha bir güləşçisi Serbiyada Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi olub.
Crossmedia.az xəbər verir ki, o, finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib.
Bununla da turnirdə Azərbaycanın Avropa çempionlarının sayı 3-ə çatıb.
Daha əvvəl Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıblar.(Report)
22:44 15.03.2026
Oxunuş sayı: 41