Slovakiya baş naziri Moskvaya gedəcək
Robert Fico 9 May – Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Moskvaya səfər edəcəyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Slovakiyanın baş naziri bildirib ki, bu barədə əvvəlcədən məlumat verməsinin səbəbi bəzi media qurumlarının bunu istifadə edə biləcəyini nəzərə almaqdır.
“Əvvəlcədən bildirirəm ki, necə ki, 9 mayda Moskvada faşizm üzərində qələbəyə həsr olunmuş tədbirlərdə iştirak edəcəyəm, eləcə də 6 iyunda Normandiya çıxarması (1944) zamanı ikinci cəbhə çərçivəsində Fransaya gələn əsgərlərə təşəkkür mərasimində iştirak edəcəyəm”, – deyə Fiko qeyd edib.
21:12 15.03.2026
Oxunuş sayı: 51