Xətaidə 36 yaşlı kişi bıçaqlandı
Ötən gecə saat 23 radələrində Xətai rayonu ərazisində yerləşən bir mənzildə bıçaqlanma hadisəsi baş verib.
Crossmedia.az-ın məlumatına görə, 1987-ci il təvəllüdlü Eldar İbrahimov üzərindəki bıçaqla tanışı 1990-cı il təvəllüdlü Babazadə Saməddin Samid oğluna zərbə vuraraq, onun sağlamlığına qəsdən ağır zərər yetirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb. Eldar İbrahimov şübhəli şəxs qismində tutulub.
09:34 04.03.2026
Oxunuş sayı: 564