Fars körfəzində İran gəmiləri yoxdur: ABŞ-dən AÇIQLAMA
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Fars körfəzində artıq İran gəmilərinin olmadığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə çıxışında bildirib.
"Bu gün Fars körfəzində, Hörmüz boğazında və ya Oman körfəzində İranın bircə gəmisi belə yoxdur, biz isə dayanmayacağıq. Dinamik hədəfləmə əməliyyatları aparmağa davam edəcəyik", - Kuper deyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək, ona qarşı hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb. Bundan əlavə, İran Silahlı Qüvvələri ABŞ-nin bir sıra Yaxın Şərq ölkələrində yerləşən hərbi bazalarına hücum edib.
07:30 04.03.2026
Oxunuş sayı: 686