Azərbaycan və Efiopiya COP32 çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycan və Efiopiya Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının otuz ikinci sessiyası (COP32) çərçivəsində əməkdaşlıq edəcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos Bakıda "Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
12:56 27.02.2026
Oxunuş sayı: 542