"Təhsilin rəqəmsallaşdırılması" mövzusunda brifinq keçirilir
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə “Təhsilin rəqəmsallaşması” mövzusunda brifinq keçirilir.
Crossmedia.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun iştirakı ilə “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün brifinq təşkil olunur.
Brifinqdə ölkənin təhsil sistemində rəqəmsal transformasiya istiqamətində görülən işlər, tətbiq edilən yeni texnoloji həllər, elektron xidmətlərin genişləndirilməsi və rəqəmsal platformaların inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində həmçinin təhsil sahəsində innovativ yanaşmaların tətbiqi, idarəetmədə informasiya texnologiyalarının rolu, eləcə də gələcək layihələr və prioritet istiqamətlər media nümayəndələrinin diqqətinə çatdırılıb.
Elmir Heydərli
11:04 24.02.2026
Oxunuş sayı: 645